• $
  • €
  • ₽
  • ₺
  • £

“Kapital Bank” nizamnamə kapitalını artırıb

“Kapital Bank” nizamnamə kapitalını artırıb
02.09.2020 17:05
"Kapital Bank” ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 8,85% artaraq 225,85 milyon manatdan 245,85 milyon manata çatdırıb.

Anews.az xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd imtiyazlı, faizli, adlı səhm buraxılıb.

İllik 15% gəlirliliyə malik qiymətli kağızlar avqustun 28-də "Bakı Fond Birjası” QSC-də, standart bazar seqmenti üzrə yerləşdirilib, elə həmin gün də hamısı satılıb. Səhmlərin 1 612 666 ədədini və yaxud 99,9%-ni "Kapital Bank”ın əsas səhmdarı – "PAŞA Holdinq” MMC, qalan 1 539 ədədini və yaxud 0,1%-ni isə 51 fiziki şəxs alıb. Son nəticədə Bankın dövriyyədə olan imtiyazlı səhmlərinin sayı 50% artaraq 3 228 410-dan 4 842 615-a çatıb. Yerləşdirmə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə baş tutub. 

Xatırladaq ki, "Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol