• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank” özünüməşğulluq proqramına dəstək olmaqda davam edir

“AccessBank” özünüməşğulluq proqramına dəstək olmaqda davam edir
16.09.2020 12:58
 "AccessBank” əhalinin müxtəlif qruplarına dəstək olmaq üçün sosial layihələr həyata keçirməyə davam edir. Bank, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə, fiziki məhdudiyyətli və şəhid ailəsinin üzvü olan vətəndaşlara şəxsi bizneslərini inkişaf etdirməkdə dəstək göstərib. Belə ki, bank tərəfindən Bakı, Mingəçevir, Yevlax şəhərlərində, həmçinin, Abşeron rayonunda yaşayan həssas əhali qrupuna daxil olan sahibkarlara kiçik bizneslərini qurmaları üçün xüsusi avadanlıqlar bağışlanıb. 

Bank, cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir.

2002-ci ildən kiçik bizneslərə xidmət göstərən "AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideridir. Portfelinin 90%-ni biznes kreditləri təşkil edən bank, KOB-in tələb və ehtiyaclarını çox gözəl anlayır. "AccessBank” özünəməşğulluq proqramının iştirakçılarına dəstək olmaqla, bir neçə məqsədə nail olur. Mikrosahibkarlığın inkişafına təkan verməklə yanaşı, bu cür layihələr həm də işsizliyin aradan qaldırılmasına və iş tapmaq üçün bölgələrdən şəhərlərə üz tutan əhalinin azalmasına səbəb olur.

Qeyd edək ki, "AccessBank” özünüməşğulluq proqramına aprel ayından etibarən dəstək göstərir və artıq Gəncə, Qazax, Mingəçevir, Salyan, Lənkəran, Astara, Saatlı, Qəbələ, Oğuz və Qusar bölgərində layihəni uğurla həyata keçirdib. Layihə ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol