• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub

Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
23.10.2020 16:42
"Unibank” KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib. Üçüncü rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 2 milyon manat olub. 2019-cu ilin 3-cü rübü ilə müqayisədə 2020-ci ilk 9 ayında "Unibank”ın faiz gəlirləri 8% artaraq, 64 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 753 milyon manat olub.

İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində 7% artım qeydə alınıb. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 86 milyon manata çatıb.
2020-ci ilin ilk 9 ayı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli bu ilin əvvəlindən 50 milyon manat (və ya 10%) artaraq 557 milyon manata çatıb. İlin ilk 9 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ilin əvvəlindən 16 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 95 milyon manat təşkil edib. "Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində may ayından başlayraq 3 milyon manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.

İlin əvvəlindən 30 sentyabradək "Unibank”ın depozit portfeli 474 milyon manat təşkil edib.

Xalqımız, dövlətimiz, hər bir vətəndaşımız üçün çox vacib, taleyüklü, qürurverici bir tarixi yaşadığımız bu günlərdə, Unibank olaraq dövlətimizin yanındayıq. Unibank bu dəstəyini həm maddi, həm də mənəvi formada göstərir. Hazırda Bankın 20-dən artıq əməkdaşı torpaqlarımızın azadlığı uğrunda cəbhədə düşmənə qarşı döyüşür. Bank ordumuza dəstək olaraq, Silahlı Qüvvələrə Yardım  Fonduna 100.000 AZN məbləğində dəstək olub. Bankın əməkdaşları və müştərilərinə uBank mobil əlavəsi vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olmaq və bonuslarını Fonda pul formasında hədiyyə etmək imkanı yaradılıb. Böyük Qələbədən sonra işğaldan azad olunmuş şəhərlərdə yeni filiallar açmaq, vətəndaşlarımızın və dövlətimizin inkişafına dəstəyi davam etdirmək Unibankın əsas hədəfləri sırasındadır.
 
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol