• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir

Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir
02.12.2020 13:49
Sosial layihələrə xüsusi həssaslıqla yanaşan Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində daha 4 vətəndaşı fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan     avadanlıqlarla təmin edib.

Gənclərimizin idman və incəsənətə artan marağını nəzərə alaraq, bu istiqamətlər üzrə bizneslərini qurmağı planlaşdıran iş adamlarına dəstək olmağa qərar verdik.

İdman zalı açmaq və gənclərimizə sağlam həyat tərzini aşılamaq arzusunda olan Məlikov Araz və Ağayev Hikməti lazımi avadanlıqlarla təmin etdik. Uzun illərdir idmanla məşğul olan sahibkarlarımız həyatlarını idmana həsr etmiş insanlardır. Hikmət bəy idman ustası, Araz bəy isə müharibə veteranıdır. 
 
Dəstək verilən digər vətəndaşlar İsmayılov Anar və Məmmədova Səbinə  incəsənətlə məşğul olur və öz işlərilə həyata rəng qatırlar. Yelo Bank olaraq, onların işlərini daha da inkişaf etdirməsi üçün lazım olan alətlər, materiallar və avadanlıqlarla təmin etdik.

Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Öz növbəmizdə, bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət göstəririk. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı bu layihənin həyata keçirilməsinə dəstək olmağa davam edəcəyik.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol