• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pandemiya dövründə bu sahələrdə - Artım Olub

Azərbaycanda pandemiya dövründə bu sahələrdə - Artım Olub
30.12.2020 16:32
Pandemiya şəraitində turizm, ictimai iaşə, tikinti kimi sektorların, həmçinin neft hasilatının geriləməsinə rəğmən qeyri-neft sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, aqrar sahə, informasiya və rabitə sahəsində artım baş verib.
 
Azərbaycanda kənd təsərrüfatı məhsullarının - İstehsalı Artıb
 
Anews.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
 
V.Qasımlı bildirib ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 10 faizdən çox artımı, dünya sənayesində 10 faizlik geriləmənin fonunda baş verməsi təqdirəlayiq haldır:
 
"Ümumilikdə, pandemiya dövründə hökumətin qəbul etdiyi iqtisadi dəstək tədbirləri, eləcə də son illər ərzində biznes mühitinin əlverişliliyinin artırılması sahəsində aparılan islahatlar iqtisadiyyatın geriləyən bəzi sektorlarında 2021-ci ildə bərpa prosesinə töhfə olacaqdır. Həmçinin 2020-ci ildə Qarabağın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma fəaliyyətinə başlanılıb. 2021-ci ildə isə işğaldan azad olunan iqtisadi fəaliyyətin bərpası və əhalinin həmin ərazilərə qayıdışı istiqamətində böyük işlər görüləcəkdir.
 
Gələn ilin dövlət büdcəsi isə yenidənqurma və iqtisadi yüksəlişə dəstək büdcəsi olacaqdır. 2020-ci ildə əsas kapitala investisiyalarda daxili mənbələr hesabına azalma, xarici mənbələr hesabına artım müşahidə edilib. Azərbaycan iqtisadiyyatının qarşıdakı 10 ildə iki dəfə artımı hədəfinə uyğun olaraq sərmayə qoyuluşunun böyüməsi əsas çağırış olaraq qalır”. (Trend)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol