• $
  • €
  • ₽
  • ₺
  • £

Sayca üçüncü “Access Bankirlər Məktəbi” layihəsi reallaşdırıldı

Sayca üçüncü “Access Bankirlər Məktəbi” layihəsi reallaşdırıldı
03.06.2021 15:29
 "AccessBank” sayca üçüncü bankçılıq məktəbi layihəsini bitirir. Təqaüd proqramı çərçivəsində həyata keçirilən və 3 ay davam edən təlimlərin sonuncu həftəsində proqram iştirakçıları final təqdimatı hazırlayaraq, Bankın İdarə Heyətinin üzvləri qarşısında çıxış ediblər. Fərqlənən iştirakçılar tezliklə Bankda işlə təmin olunacaqlar. 

Qeyd edək ki, yanvar-fevral aylarında baş tutan sənəd qəbulu zamanı budəfəki proqrama qatılmaq üçün 1500-dək müraciət daxil olub. Bakı və bölgələrdən olan məzun və ya sonuncu kurs tələbələri ilkin mərhələdə iştirak etmək üçün CV və niyyət məktubu göndəriblər. Layihəyə qatılmaq üçün namizədin bankçılıq haqqında ümumi təsəvvürü, maraqları, dünyagörüşü və dil bilikləri nəzərə alınıb. İlkin mərhələdə seçilmiş 200 namizəd test mərhələsinə dəvət alıb. Müxtəlif sınaqlardan keçdikdən sonra 17 iştirakçı proqrama qatılıb. İştirakçılara Bank tərəfindən təkcə nəzəri biliklər deyil, həm də təcrübə şansı təqdim edilib. Bu dönəmdə onlar Bankın quruluşu, fəaliyyəti, gündəlik iş prosesi ilə yaxından tanış olublar. İştirakçılar müxtəlif departament və filiallarda təcrübə keçməklə yanaşı, həm də "AccessBank”ın bölgələrdəki filiallarının fəaliyyəti ilə tanış olublar.  

"AccessBank”ın İnsan Resursları üzrə İcraçı direktoru Nigar Hüseynzadə bildirir ki, Bank, təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir: ”Bizim bank tarixən təcrübəsiz, yeni məzun olmuş gənclərin yanında olub. Hazırda rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlarımız Banka heç bir təcrübələri olmadan, universitetdən yeni məzun olan kimi gəliblər. Burada püxtələşib, professionallaşıblar. Əminliklə demək olar ki, "AccessBank” Azərbaycanda bankçılıq məktəbi sayılır.”

Qeyd edək ki, "Access Bankirlər Məktəbi” hazırda Azərbaycanda təqaüd əsaslı və praktik bankçılıq təcrübəsi verən yeganə layihədir. 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol