• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçiləcək

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsinin  qalibi seçiləcək
24.02.2022 13:14
EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi "EY İlin İş Adamı” müsabiqəsinin qalibi martın 10-da elan ediləcək. Müsabiqədə bu il Azərbaycandan 9 şirkət iştirak edir. Onlar ATL Tech, ELAD,  Fortune Trade, IDEA, JL Tech, Your Decor and Events, ZIRA Natural & Gourmet şirkətləri, Portmanat və YIĞIM Ödəniş Sistemidir. Qalib bu şirkətlər arasından seçiləcək və "Dünya üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.
 
ABB üçüncü ildir ki, "EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyi verir. Bu, Bankın ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərin bir hissəsidir.

EY şirkəti tərəfindən təsis edilmiş "EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir.

"EY İlin İş Adamı" müsabiqəsi Azərbaycandan başqa 60-dan çox ölkədə təşkil edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ekvita şirkəti və AZPROMO da müsabiqənin tərəfdaşlarındandır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol