• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirildi- FOTOLAR

Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirildi- FOTOLAR
14.04.2022 11:45
Azərbaycan mobil rabitə peşəkarlarının hazırlanması, telekommunikasiya sahəsi üzrə təhsil alan tələbələrin hazırlıqlı kadr kimi yetişməsi məqsədilə mobil operator "Nar” Naxçıvan şəhərində növbəti dəfə "Mobil rabitənin əsasları” təlimini keçirdi.
 
Bu dəfəki təlim mobil standartların arxitekturası, şəbəkə avadanlıqlarının iş prinsipi kimi geniş mövzuları əhatə edirdi. Naxçıvan şəhərində ikinci dəfə keçirilən "Mobil rabitənin əsasları” təlimi Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət universitetində keçirilib. Təlimdə universitetin müəllim və tələbələri ilə yanaşı, sözügedən nazirliyin əməkdaşları da iştirak ediblər.
 
Telekommunikasiya və informasiya təhlükəsizliyinin artan strateji əhəmiyyətini nəzərə alaraq, bu sahədə yerli kadrların hazırlanması üçün "Nar” bu təlimləri davamlı olaraq həyata keçirir. Təlimin məzmunu mobil operatorun peşəkar texniki heyəti tərəfində təcrübi biliklər əsasında tərtib edilir və universitetlərin nəzəri biliklərinə əlavə kimi tədris olunur. Təlimdə iştirak edən tələbələr "Nar” tərəfindən sertifikatla təltif edir.
 
Bu günədək 300-dən çox tələbənin qatıldığı "Mobil rabitənin əsasları” təlimləri "Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Mobil operatorun digər sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
 







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol