• $
  • €
  • ₽
  • ₺
  • £

“OPEC plus” toplantısında hansı qərarlar verilə bilər? - GÖZLƏNTİ

“OPEC plus” toplantısında hansı qərarlar verilə bilər? - GÖZLƏNTİ
04.10.2022 14:20
Oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanayada "OPEC plus” ölkələri nazirlərinin 33-cü iclası keçiriləcək. İclasda Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edəcək. 
 
Neft məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə iclasda hasilatın azaldılması məsələsi müzakirə oluna bilər. 
 
"Azərbaycan 2016-ci ildən "OPEC plus” -a qoşulub. Daimi iştirak edərək verilən bütün qərarları dəstəkləyib. Düşünürəm ki, oktyabrda veriləcək bütün qərarları da dəstəkləyəcək. Mətbuata sızan ilkin məlumata görə hasilatın bir ay əvvəlki ilə müqayisədə azaldılması müzakirə olunacaq. Sentyabrda da 1000 barel hasilatın azaldılması ilə bağlı qərar qəbul olunub. Reuterin yazdığına görə oktyabrda isə noyabrın 1-dən sonrakı tarix üçün 500 000 bareldən yuxarı həcmlərin azaldılması müzakirə obyekti olacaq", - ekspert bildirib.
 
"OPEC plus” un iclası COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək. Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.


Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.


Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol