• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan beynəlxalq bazardan $1-1,2 milyard borc alacaq

Azərbaycan beynəlxalq bazardan $1-1,2 milyard borc alacaq
10.11.2022 16:48
Azərbaycanın Maliyyə Nazirliyi 2023-2024-cü illərdə avrobond bazarına çıxmağı planlaşdırır, bunu maliyyə naziri Samir Şərifov anews.az-a açıqlamasında deyib.

"2023-2024-cü illərdə biz beynəlxalq bazarlarda istiqrazlarımızı buraxmağı planlaşdırırıq. Bu, 2023-cü ilin sonu – 2024-cü ilin əvvəlinə təsadüf edəcək”, -  Şərifov  bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin fevralında Maliyyə Nazirliyi tərəfindən buraxılmış 10 illik avrobondların  tədavül müddəti başa çatır.

Nazir hənmçinin bildirib ki,  avrobondların emissiya həcmi 1-1,2 milyard dollara çata bilər.

2014-cü ildə Maliyyə Nazirliyi tərəfindən 1,25 milyard ABŞ dolları məbləğində 10 il müddətinə illik 5%-lə avrobondların debüt emissiyası yerləşdirilib.  

Maliyyə Nazirliyinin avrobondlarının alınmasına 160-dan çox ölkədən olan institusional investorlar maraq göstərib. İnvestorlar tərəfindən verilmiş müraciətlərin ümumi həcmi emissiya həcmini 4 dəfə üstələyib.

Yerləşdirmə nəticəsində avrobondların 47%-i ABŞ-dan, 25%-i Böyük Britaniyadan, 18%-i Almaniyadan, 10%-i digər ölkələrdən investorlar tərəfindən alınıb.
 
N.Təbrizli
 
İStiQAMƏT:5.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol