• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkətinin Direktorlar Şurasına yeni təyinat

Bakcell şirkətinin Direktorlar Şurasına yeni təyinat
11.04.2023 12:05
Bakcell şirkəti Salvador Anqladanın şirkətin Direktorlar Şurasına üzv təyin olunmasını elan edir. 

Salvador Anqlada telekommunikasiya və İT sahələrində 27 ildən çox iş təcrübəsinə malikdir. O, peşəkar karyerası ərzində Avropada "Telefonica”, "O2” və "Dell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. "Bakcell”in Direktorlar Şurasına təyinatından əvvəl o, 9 il BƏƏ-nin "e&” şirkətlər qrupunun (əvvəlki Etisalat) Biznes üzrə baş direktoru, sonra isə qrupun müəssisə və hökumət qurumlarına rəqəmsal transformasiya  xidməti göstərən "e& enterprise” adlı törəmə şirkətinin baş icraçı direktoru vəzifələrini icra edib. 

Cənab Anqlada İspaniyanın "Instituto de Empresa” universitetində icraçı MBA (executive MBA) və "Madrid UPM" universitetində sənaye mühəndisliyi üzrə magistr dərəcəsi alıb. O, həmçinin Silikon vadisinin "Singularity” Universitetində icraçı (executive) proqramı və IESE Business Məktəbində PDG proqramını uğurla bitirib.

"Bakcell şirkəti davamlı olaraq öz fəaliyyət sahəsində ən üstün rəqəmsal biznes qurmağa çalışır. Buna görə də biz asan olmayan bu işə öz töhfəsini verə biləcək yüksək təcrübəli insanları şirkətimizə cəlb edirik. Biz Salvador Anqladanın "Bakcell”in Direktorlar Şurasının yeni üzvü təyin olunmasından məmnunuq. Azərbaycanda və daha geniş regionda innovasiyaların tətbiqi və rəqəmsal transformasiyanın həyata keçirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirdiyimiz üçün onun telekommunikasiya və İT sənayesindəki böyük təcrübəsi bizim işimizə böyük dəyər qatacaq”, deyə Bakcell şirkətinin Direktorlar Şurasının sədri və "NEQSOL Holding”in telekom rəhbəri Vasil Latsaniç bildirib. 

"NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda ən son VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol