• $
  • €
  • ₽
  • ₺
  • £

Nar triatlon üzrə “IronWind” açıq turnirinə dəstək olub

Nar triatlon üzrə “IronWind” açıq turnirinə dəstək olub
05.06.2023 15:32
Nar ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "IronWind” açıq turnirinə dəstək olub. Pirallahı adasında təşkil olunan triatlon yarışında müxtəlif ölkələri təmsil edən 100-dən çox idmançı iştirak edib. 

Üç mərhələdən ibarət olan turnirdə idmançılar əvvəlcə 1.9 kilometr üzüblər, sonra 90 kilometr velosiped sürüblər və sonda isə 21.1 kilometr qaçıblar. Kişilər arasında qalib Oleksandr Mordasov  olub. Teymur Fərəcov yarışı ikinci, Konstantin Vedmed isə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, İnna Anisimova, Rabiyə Oruclu və Natalya Vallek tutublar. Bundan əlavə, turnirdə mübarizə aparan üç paralimpiyaçı da Nar tərəfindən mükafatlandırılıb. 

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Baku City Circuit və "Triterra” klubunun birgə təşkilatçılığı ilə keçirilib. Turnirin əsas dəstəkçilərindən olan Nar-ın korporativ sosial məsuliyyət (KSM) istiqamətlərindən biri də sağlam həyat tərzinin təşviqidir. Mobil operatorun KSM sahəsində gerçəkləşdirdiyi layihələrlə buradan tanış ola bilərsiniz. 

Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol