• $
  • €
  • ₽
  • ₺
  • £

Xidmət rəisi sahibkarlara çağırış edib

Xidmət rəisi sahibkarlara çağırış edib
22.06.2023 14:19
Tenderdə iştirak edən sahibkarlar haqsızlıqla üzləşdikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə müraciət etməlidilər. Bunu  Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib. 

"Hər xırda hərəkət edən şəxs sahibkar adlana bilməz. Sahibkar işi, komandanı idarə etməli, danışıqlara getməyi bacarmalıdır. Bəzən dostlarım zəng vurub deyir ki, problemlə üzləşmişəm. Mən onlardan yazılı müraciət etməyi tələb edirəm.  Bizdə, sanki, sahibkarlar yazılı müraciət etməyə çəkinirlər”, - Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cümə axşamı keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, əgər tenderlər keçirilərkən pozuntuya yol verilibsə onu təyin etmək asan deyil. 

"Hər otağa kamera qoya bilmərik. Dövlət təşkilatında tender komissiyası üzvü pozuntuya yol verirsə onu ifşa etmək asan deyil. Təşkilatlarda insanlar öz işini vicdanla yerinə yetirməyənə qədər problemlərin həlli yarımçıq olacaq”.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, açıq məkan istisna olmaqla reklam fəaliyyəti, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurumdur.
 
Gülnar Nazimqızı


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol