• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycanda iqtisadi artım 2,2% olacaq

Bu il Azərbaycanda iqtisadi artım 2,2% olacaq
20.09.2023 11:10
2023-cü ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 1,3% azaldaraq 2,2%-ə endirib.  Bu barədə Asiya İnkişaf Bankı (AİB) məlumat yayıb.

Cari ilin aprelində  Bank iqtisadi artım proqnozunu 3,5% müəyyən etmişdi.

AİB 2024-cü il üzrə Azərbaycanda ÜDM-in artım proqnozunu isə 3,8%-dən 2,6% kimi azaldıb. Bu isə əvvəlki proqnoza nisbətən 1,2% azdır.

"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-2024-cü illərdə ÜDM artımının olacağını proqnozlaşdırır. Bu artım ildə orta hesabla 2,1% təşkil edəcək. 


Azərbaycanın ÜDM-i 2021-ci ildə 5,9% artmışdısa 2022-ci ildə bu göstərici 4,6% olub.  Eyni zamanda, ötən il qeyri-neft ÜDM-i 9,1% artıb. Neft hasilatının 5,6% azalması nəticəsində neft ÜDM-i 2,7% azalıb ki, bu da qaz hasilatının 7,3% artması ilə qismən kompensasiya edilib.


2022-ci ildə ümumi dövlət sektorunun büdcə profisiti  gəlirlərin artması hesabıına 2% artıb. 


Fitch, ümumi dövlət büdcəsinin profisitinin 2023-cü ildə ÜDM-in 4,8%-nə, 2024-cü ildə isə 4,2%-ə qədər azalacağını proqnozlaşdırır.


Fitch bildirir ki, Azərbaycanda (12 aylıq) inflyasiya 2022-ci ilin oktyabrında 15,6%-lik pik həddindən 2023-cü ilin fevralında 14,1%-ə düşüb. 


Fitch hesab edir ki, Azərbaycanda orta illik inflyasiya 2023-cü ildə 10,3%-ə (2022-ci ildə 13,9%), 2024-cü ildə isə 7,3%-ə kimi yavaşlayacaq.


Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2,7%, 2024-cü ildə 4,1%, orta illik inflyasiya isə uyğun olaraq 6,9% və 4,5% səviyyəsində proqnozlaşdırır.
 
Aytac Zeynalova

 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol