ABB Tech Akademiyasında "Karyera Həftəsi" baş tutdu

ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Tədbirdə ABB, Azərikard, Azercell, Azerconnect, Azintelecom, Unibank, Bank of Baku, Rabitəbank, Bank Respublika, Caspian İnnovation Center, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri də iştirak edib.
Tələbə və məzunlar işəgötürənlərin təqdimatlarını dinləyib, şirkətlərdəki aktiv vakansiyalar, təcrübə proqramları barədə ətraflı məlumat əldə ediblər. Stendlərdə qurumların təmsilçilərindən suallarına cavab alıblar.
ABB Tech Akademiyası öz məzun və tələbələrinin işlə təmin olunmasına daim dəstək verir. Hazırda Akademiyanın məzunlarının 82%-i ölkəmizdə və xaricdə qabaqcıl şirkətlərdə çalışmaqdadırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















