Naxçıvanda yeni qeydiyyata alınan vergi ödəyicilərinin sayı 21 % artıb
2024-cü ilin yanvarında Naxçıvanda 519 yeni vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, qeydiyyata alınmış vergi ödəyicilərinin 95 faizi fiziki, 5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Hesabat dövründə kommersiya qurumlarının 44 faizi elektron qaydada, 56 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Yanvarda Naxçıvanda vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 65,6% artararaq 16,5 milyon manat təşkil edib.
2023-cü ilin dekabrında açıqlanan statistika görə, Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 19 % çoxalıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 29,2 % artaraq 443 nəfər olub.
2023-cü ildə Naxçıvanda 1 milyard 552 milyon manat dəyərində ümumi məhsul istehsal olunub.
Ötən il Naxçıvanda orta aylıq əməkhaqqı 689 manat təşkil edib.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
17:13
Bakıda yeni salınmış parkda Təbiət Tarixi Muzeyi yaradılacaq — 22,5 milyon manat ayrıldı
İqtisadiyyat
17:05
Azərbaycanda səmt qazı hasilatı ilk yarımillikdə 6,5% artaraq 7,8 milyard kubmetri keçib
İqtisadiyyat
16:56
Azərbaycanın tranzit neft və qaz gəlirlərinin icrasında kəskin azalma qeydə alınıb
İqtisadiyyat
16:46
"Qarabağ" yatağının işlənilməsi üzrə yekun investisiya qərarı 2027-ci ildə verilə bilər — bp
İqtisadiyyat
16:01
Suriya ABŞ sanksiyalarının ləğvi müqabilində Rusiya neftinin idxalını azaltmağa razılaşıb
İqtisadiyyat
14:59
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı