2024-cü ilin sonuna ÜDM artım tempi 3,8% təşkil edəcək
![2024-cü ilin sonuna ÜDM artım tempi 3,8% təşkil edəcək 2024-cü ilin sonuna ÜDM artım tempi 3,8% təşkil edəcək](https://anews.az/photo/850x500/2024-05/1716796624_gdp.jpg)
İsqtisadiyyat Nazirliyi 2024-cü ilin sonuna Ümumi Daxili Məhsul (ÜDM) istehsalı üzrə artım tempini əvvəl proqnozlaşdırılan 2,4%-dən 3,8%-ə kimi artırıb.. BU barədə Anews.az-a açıqlamasında İqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev məlumat verib.
2024-cü il dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsinə əsasən, 2024-cü ilin yanvar-aprelində keçən ilin eyni dövrü ilə müqayisədə ÜDM artım tempi 4,3%, qeyri neft sektoru üzrə isə 7,7% təşkil edib.
2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
2023-cü ildə Azərbaycana ÜDM istehsalı üzrə artım tempi 1,1% təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)