• $
  • €
  • ₽
  • ₺
  • £

Bankların kredit portfeili artıb

Bankların kredit portfeili artıb
14.06.2024 14:48
2024-cü ilin mayı 1-nə bank və digər kredit təşkilatlarının kredit portfeili 25984,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
Ümumi kredit portfelinin 83,6%-i və ya 21731,5 milyon manatı uzunmüddətli kreditlərin payına düşüb.
 
Hesabat dövründə 94,8% kredit banklar, 5,2% bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
 
Həmçinin ödəmə vaxtı keçmiş kreditlər 462,2 milyon manat təşkil edib ki, bu da il ərzində 21, 9% azalma deməkdir. Eyni zamanda bu ümumi kredit portfeilinin 1,8%-ni təşkil edib.
 
31 dekabr 2023-cü il tarixinə dövlət payı olan banklar 5 milyard 496,17 milyon manat (artım 42,7 faiz) və ya bütün kreditlərin 22,9 faizi, özəl banklar 17 milyard 686,78 milyon manat (artım 12,4 faiz)  və ya bütün kreditlərin 73,8%-i qədər kredit verib.  Yerdə qalan 796,16 milyon manat (artım 35%) kredit təşkilatlarının  payına düşür.

2023-cü ilin sonuna verilən kreditlərin ümumi həcminin 19 milyard 538,67 milyon manatı (artım 20,7%) milli valyutada, 4 milyard 440,4 milyon manatı (artım 11,3 faiz) xarici valyutada verilmiş kreditlər olub. . Bununla yanaşı, dekabrın sonunda xarici valyutada olan kreditlərin xüsusi çəkisi 18,5% (2022-ci ilin sonunda - 19,8%) təşkil edib.

Bankların və Bank olmayan kredit təşkilatlarının  kredit qoyuluşlarının strukturunda bu günə olan məlumata görə, ticarət və xidmət sektorur 3 milyard 539,3 milyon manat (bütün kreditlərin 14,8 faizi), mədənçıxarma sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı 752,8 milyon manat (3,1 faiz),  kənd/meşə təsərrüfatı və balıqçılıq - 532,8 milyon manat (2,2%), tikinti - 1 milyard 133,75 milyon manat (4,7%), sənaye və emal sektorunda - 1 milyard 210,89 milyon manat (5%), nəqliyyat və rabitə - 1 milyard 426,28 milyon manat manatı (5,9%), ev təsərrüfatları üzrə 14 milyard 6,3 milyon manat (58,4%) həcmində kredit götürüb.

Eyni zamanda, bankların ev təsərrüfatlarının kredit portfeli 2023-cü ildə 24,2% artıb.  2022-ci ildə artım 31% olub. 
 
Aygün 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol