Mandatı ləğv edilən deputat yenidən Parlamentə qayıtdı
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə yenidən VII çağırış Parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsindən qalib olub.
Şahin Seyidzadə Milli Məclisin VI çağırış deputatı olub. Lakin Prezident İlham Əliyevin 2022-ci il sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Bu təyinatdan sonra Mərkəzi Seçki Komissiyası onun deputat səlahiyyətlərinə xitam verib.
Şahin Seyidzadə VI çağırış Parlamentində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.
Deputat seçilən Şahin Seyidzadə hazırda da "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.
Məsələ ilə bağlı Şahin Seyidzadə ilə əlaqə yaratmağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
17:05
Prezident Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
İqtisadiyyat
12:41
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi 2026-cı ilin sonuna qədər tam başa çatdırılacaq — Əmrullayev
Son xəbərlər
Daha çox