“Brent” markalı neftin qiyməti ucuzlaşıb
![“Brent” markalı neftin qiyməti ucuzlaşıb “Brent” markalı neftin qiyməti ucuzlaşıb](https://anews.az/photo/850x500/2024-09/1725649665_endirme-78.jpeg)
Londonun ICE birjasındakı ticarət zamanı "Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 28 iyun 2023-cü il tarixindən bəri ilk dəfə bir barel üçün 72 ABŞ dollarından aşağı düşüb.Bu barədə TASS xəbər verir.
Bakı vaxtı ilə saat 18:44-də birjada "Brent” markalı neftin bir barelinin qiyməti 1,02 % ucuzlaşaraq 71,95 ABŞ dollara düşüb.
Qlobal iqtisadi fəallığın zəifləməsi ilə bağlı siqnallar bazara təsir etməkdə davam edir və treyderlərin neftə tələbat perspektivləri ilə bağlı narahatlıqlarını artırır.
www.anews.az