“Azeri Light” ucuzlaşıb
![“Azeri Light” ucuzlaşıb “Azeri Light” ucuzlaşıb](https://anews.az/photo/850x500/2024-09/1725946627_oilmain.jpg)
"Azeri Light” markalı Azərbaycan neftinin bir barreli 0,74 dollar ucuzlaşaraq 75,9 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
www.anews.az