• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür

Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür
04.11.2024 16:57
Xəbər verdiyimiz kimi 30 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Kapital Bank ASC-nin buraxılış həcmi 20 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Bu istiqrazların abunə yazılışı üsulu ilə yerləşdirilməsi 31 oktyabr 2024-cü il tarixində uğurla yekunlaşıb. Yerləşdirmə olduqca böyük maraqla qarşılanıb. 

Yerləşdirmədə 177 fiziki şəxs tərəfindən 13.1 milyon ABŞ dolları, 2 hüquqi şəxs tərəfindən 6.9 milyon ABŞ dolları həcmində sifariş verilib. Ümumilikdə 179 investor tərəfindən 193 sifariş yerləşdirilib.

Ətraflı məlumat üçün: https://kbl.az/bf - link

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Kapital Bank-ın istiqrazlarına olan bu maraq ölkəmizdə maliyyə bazarlarına olan etimadın göstəricisidir. Bank gələcəkdə də investorlara cəlbedici investisiya imkanları təqdim etməyə davam edəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
İqtisadiyyat 22:07
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol