Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq
![Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq](https://anews.az/photo/850x500/2025/02/12/1739360182_gas.jpg)
Türkmənistan təbii qazının Türkiyəyə tədarükü 2025-ci il martın 1-dəndə başlayacaq. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X sosial şəbəkəsində yazıb.
"Türkiyə və Türkmənistan arasında enerji əməkdaşlığında tarixi addım atıldı. BOTAS və Türkmənqaz arasında Türkmən qazının Türkiyəyə tədarükünə dair saziş imzalandı. Müqavilə çərçivəsində qaz tədarükünün 1 mart 2025-ci ildə başlaması planlaşdırılır”, – nazir bildirib.
Onun sözlərinə görə, müqavilənin imzalanması 2024-cü ilin mart ayında Antalyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Xalq Məsləhəti sədrinin iştirakı ilə qaz sahəsində əməkdaşlığın inkişafına dair imzalanmış Anlaşma Memorandumunun konkret nəticəsidir.
"Bu, illərdir üzərində işlədiyimiz bir müqavilədir və bu, ölkəmizin və bütövlükdə regionun təbii qaz tədarükünün təhlükəsizliyini gücləndirəcək, eyni zamanda Türkiyə və Türkmənistan arasında strateji əməkdaşlığı irəli aparacaq”, – Bayraktar əlavə edib.
Bundan əvvəl Türkmənistan Xalq Məsləhəti sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pəzeşkiyan ilə telefon danışığı zamanı BOTAS şirkəti ilə Türkmən qazının Türkiyəyə İran vasitəsilə swap sxemi üzrə tranzitinin razılaşdırıldığını bildirmişdi.
N.Təbrizli
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)