Yanvarda sosial sığorta ödəmələri artıb
![Yanvarda sosial sığorta ödəmələri artıb Yanvarda sosial sığorta ödəmələri artıb](https://anews.az/photo/850x500/2025/02/12/1739361451_1735031797_1719301921_1719301843_1718962833_1705929051_1703146010_1698238762_05cac7f0-8dd3-3437-8b14-885b48cc59d4_850.jpg)
2025-ci ilin yanvarında ölkədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 443,4 milyon manatdan çox olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz və ya 46,1 milyon manatdan çox artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
İşszlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artaraq 16 milyon manata olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artıb və 13 milyon manatdan çox təşkil edib.
Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrüni nisbətə 10,2 faiz artaraq 79,3 milyon manatdan çox olub.
2024-cü ilin on bir ayında Azərbaycanda sosial sığorta haqları 1 milyard 222,166 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Son 3 ildə Azərbaycanda sığorta haqları 67,8% artaraq 1 milyard 223 milyon manata çatıb.
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
Hazırda ölkə üzrə 17 sığorta bazarı fəaliyyət göstərir.
Aytac
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)