Bakı metrosu sərnişin daşınmasını artırıb
![Bakı metrosu sərnişin daşınmasını artırıb Bakı metrosu sərnişin daşınmasını artırıb](https://anews.az/photo/850x500/2025/02/12/1739363207_1710492282_451859808_0_54_910_566_1920x0_80_0_0_69eb757c61d9f407451966186218e461.jpeg)
2025-ci ilin yanvarında "Bakı Metropoliteni" QSC 18 milyon sərnişin daşıyıb. bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur. Bu barədə səhmdar cəmiyyətdən bildirilib.
Ən çox sərnişin yanvarın 10-da 710 min 773 nəfər, ən az sərnişin isə yanvarın 19-da 367 min 867 nəfər daşınıb.
2024-cü ilin yanvar fevralında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 35,1 milyon nəfər olub.
Ötən ililn ilk iki ayında avtomobil nəqliyyatı ilə 257,5 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 8,8% artım deməkdir.
Sərnişinlərin 95,4%-i avtobus, 4,6%- isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Aytac