• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda

Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
25.02.2025 17:02

25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi
olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz edilmiş
yeni baş ofisində davam etdirir.


“Kapital Bank” ASC-nin baş ofisi artıq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər
pr.153-“Port Baku Towers 2” ünvanında yerləşir. Qeyd edək ki, bu barədə
məlumatı ötən ilin sonlarında mətbuat nümayəndələri ilə keçirilən görüşdə bankın
İdarə Heyətinin Sədri Fərid Hüseynov da bildirmişdi. Eyni zamanda, bu gündən
etibarən bankın “28 May” filialı fəaliyyətini dayandırır və müştərilər eyni
xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən
Mərkəz filialından ala bilərlər. Mərkəz filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-
dək müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar
da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.


Qeyd edək ki, yeni baş ofis bank əməkdaşlarının daha rahat, geniş imkanlarla
təchiz olunmuş və innovativ iş şəraitində fəaliyyət göstərməsini, həmçinin daxili iş
proseslərinin optimallaşdırılmasını təmin etmək məqsədilə dizayn edilmişdir.
Hazırda bankda 5500-dən çox əməkdaş fəaliyyət göstərir və bu, bankın ölkənin
əmək bazarına verdiyi müsbət töhfənin və ölkə iqtisadiyyatına qatdığı dəyərin də
bariz nümunəsidir.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— //kbl.az/prgtk , Birbank kartı sifarişi üçün —
//kbl.az/prcrc .

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol