Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb

2024-cü ilin yanvarında ölkə 21,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nda bildirilib.
Cari ilin yanvarında ixrac edilmiş qeyri-neft-qaz sektoruna aid malların siyahısında növbəti yerlərdə karbamid (21 milyon ABŞ dolları) və xurma (19.3 milyon ABŞ dolları) qərarlaşıb.
Ötən ilin yanvarında Azərbaycanın ixrac etdiyi qeyri-neft-qaz mallarının ilk 3-lüyünə elektrik enerjisi (28,8 milyon ABŞ dolları), xurma (17,1 milyon ABŞ dolları) və pomidor (tomat, 16,6 milyon ABŞ dolları) daxil olub.
Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. O cümlədən, 1997-ci il avqustun 21-də Azərbaycan 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda Anglo Asian Mining PLC Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.
Bundan əlavə, qızıl hasilatı Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılmış "AzerGold” QSC tərəfindən həyata keçirilir.
Aytac Zeynalova