Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

2025-ci ilin iki ayında dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 114,1 milyon manatdan çox təşkil edib.
Ödənilən vergilərin 67,7 faizi qeyri-neft-qaz sektorunun, 32,3 faizi isə neft-qaz sektorunun payına düşüb.
Ötən il vergi daxilolmalarının 9 milyard 551,4 milyon manatı və yaxud 67,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,9 % çoxdur
Aytac
Son xəbərlər
Daha çox 