Ötən il ölkədə bal istehsalı artıb

2024-cü ildə Azərbaycanda bal istehsalının həcmi 2023-cü illə müqayisədə 13,5 % artaraq 5 min 166,3 ton olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, ötən il bal istehsalı 579 min arı ailəsinin hesabına olub.
İl ərzində arı ailələrinin sayı 3,1% azalıb.
Prezident İlham Əliyevin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiqlənmiş "Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilib ki, bu da arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib.
Aytac
Son xəbərlər
Daha çox 