İki ayda əsas kapitala nə qədər investisiya qoyulub? - Rəsmi

2025-cü ilin iki ayında ölkədə əsas kapitala 2008,9 milyon manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% azdır. Bu barədə Dövlət Statistika Koməsindən bildirilib.
İki ayda neft-qaz sektoruna investisiyaların həcmi 32,5% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 20,8 % azalıb.
Əsas kapitala qoyulan vəsaitin 70,8% daxili investisiyalar təşkil edib.
2024-cü ilin yanvarında investisiya qoyuluşu 2023-cü ilin yanvarı ilə müqayisədə 37,4% çox olub.
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib.
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura 12 milyarda yaxın vəsait xərclənib. 2026-ci ilə qədər bu vəsaitin 32 milyarda çatması gözlənilir.
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 