Azərbaycanda bahalaşan məhsulların adları açıqlanıb

2025-ci ilin fevralında çörəyin, makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru süd qarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin qiymətlərində bahalaşma olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə mal ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, göyərtinin, brokkolinin, şirin bibərin qiymətlərində ucuzlaşma müşahidə edilib.
Dİgər qida məhsullarının qiyməti dəyişməz olaraq qalıb.
Azərbaycanda iki ayda ümumi daxil məhsulun istehsalında 0,2% artım müşahidə edilib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 