• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız
proqramlardan istifadə təhlükəlidir
25.04.2025 17:17

Rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir
dövrdə kiberdələduzluq da paralel olaraq sürətlə artır. Kapital Bank
kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində mütəmadi
olaraq həyata keçirdiyi monitorinqlərə əsaslanaraq istifadəçiləri diqqətli
olmağa çağırır. Belə ki, son araşdırmalar zamanı Birbank mobil
tətbiqinin istifadə olunduğu 12 000-dən çox virusa yoluxmuş cihaz
müəyyən edilib və qabaqlayıcı tədbirlər nəticəsində onların hamısı
potensial risklərdən azad edilib.


Qeyd edək ki, bank yalnız hadisələrə reaksiya verməklə kifayətlənmir,
eyni zamanda kiber dələduzluğun qarşısını almaq üçün qabaqlayıcı
tədbirlər tətbiq edir. Belə ki, Kapital Bank-ın təhlükəsizlik
infrastrukturunun əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir.
Bu sistemlər vasitəsilə bank əməliyyatları 24/7 rejimində izlənilir,
şübhəli fəaliyyətlər müəyyən edildikdə dərhal müdaxilələr həyata
keçirilir.


Bütün bunlara baxmayaraq kiberdələduzluqla mübarizədə banklar və
müştərilər birlikdə addımlamalıdırlar. Lisenziyasız, yəni pirat proqram
təminatlarından istifadə ciddi təhlükəsizlik riskləri yaradır. Bu cür
proqramlar vasitəsilə çox zaman cihazlara “backdoor” adlanan gizli və
zərərli kodlar əlavə oluna bilər. Bu “backdoor”lar kiber cinayətkarlara
istifadəçinin cihazına gizli şəkildə daxil olmaq imkanı verir. Nəticədə
şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi real təhlükəyə
çevrilir. Xüsusilə “Android” istifadəçiləri üçün “Play Store”dən kənar
yüklənən tətbiqlər, o cümlədən modifikasiya olunmuş “WhatsApp Plus”,
“Instagram Plus” və müxtəlif oyun proqramlarının “APK” faylları ciddi
təhlükə yaradır. Həmçinin, bank kartları ilə onlayn alış-veriş edərkən
ictimai Wi-Fi şəbəkələrindən istifadə etmək tövsiyə edilmir.


Bu səbəbdən Kapital Bank olaraq bir daha müştərilərimizdən diqqətli
olmalarını şəxsi məlumatlarını: kartın üzərindəki CVV/CVC kodu, sms

vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət
vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməməyi, banklar adına
hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə
inanmamağı xahiş edirik.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün
— //kbl.az/prcrc.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
İqtisadiyyat 10:14
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
İqtisadiyyat 09:53
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:46
Qızılın qiyməti bahalaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Məzənnə açıqlanıb
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
İqtisadiyyat 17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
İqtisadiyyat 14:22
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov
İqtisadiyyat 12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov
İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
İqtisadiyyat 11:25
İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol