Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi

Ölkənin birinci bankı Kapital Bank gənclərin, xüsusən də tələbələrin yeni təcrübələr
qazanmasına və şəxsi inkişafına dəstək olmağa davam edir. Bu dəfə bank daxilində
dörd ali məktəbin tələbələri üçün xüsusi təlimlər təşkil edilib. Gənclərin maliyyə və
müştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi ilə həyata keçirilən layihə
ötən həftə baş tutub.
İlk olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq çərçivəsində
təşkil olunan ekskursiyada ali məktəbin tələbələri bankın maliyyə şöbələri ilə tanış
olublar. Təlim hissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyə təhlili
və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıq sahələrində tətbiq edilən ən son
yeniliklərlə tanış olub, onları maraqlandıran suallara cavab alıblar.
“CX day” adlı növbəti layihə isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının
tələbələri üçün təşkil edilib. Tədbir çərçivəsində bankın ekspertləri müştəri
təcrübəsinin analizi və öyrənilməsi, məhsulun yaradılması və inkişafında müştəri
təcrübəsinin rolu mövzusunda öz biliklərini tələbələrlə paylaşıblar. Həmçinin, bu
istiqamətdə karyera qurmaq şəxsi inkişaf strategiyası da onlara təqdim edilib.
Bank gənc kadrların inkişafına yönəlmiş təşəbbüslərlə onların karyera yolunda daha da
irəliləmələrinə yardım etməyi və peşəkar inkişaflarına dəstək olmağı hədəfləyir. Qeyd
edək ki, layihələr davamlıdır və il sonunadək digər tələbələr də bu təcrübədən
faydalana biləcəklər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—
//kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.