Naxçıvanda yük və sərnişin daşınması 1 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 2 milyon 248 min 300 ton yük, 15 milyon 41 min 100 sərnişin daşınıb.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 %, sərnişin daşınması isə 0,7 % artıb.
Bundan başqa, 4 ay ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 % artaraq 13 milyon 296 min 200 manat olub.
Xidmətlərin 47,7 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.
Son xəbərlər
Daha çox 