• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev bp-nin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev bp-nin baş icraçı direktorunu qəbul edib
19.06.2025 11:10

Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Enerji resurslarından əldə olunan gəlirlərin Azərbaycanın sosial-iqtisadi inkişafına yönəldilməsi xüsusi vurğulanıb.

Prezident Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib.

O, həmçinin qeyd edib ki, karbohidrogen ehtiyatları ilə yanaşı, ölkədə bərpaolunan enerji sahəsində də böyük potensial mövcuddur.

Tərəflər işğaldan azad edilmiş ərazilərdə bp tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini müzakirə edib, SOCAR və bp arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol