Azərbaycanda fərdi sahibkarların dörddə biri qadınlardır - rəsmi

Azərbaycanda fərdi sahibkarların 76,5 faizi kişilər, 23,5 faizi isə qadınlardır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qadın sahibkarların payı bəzi fəaliyyət sahələrində daha yüksəkdir.
Belə ki, “digər sahələrdə xidmətlərin göstərilməsi” sektorunda fərdi sahibkarların 37,3 faizi, “kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahəsində 26,0 faizi, “ticarət və nəqliyyat vasitələrinin təmiri” sektorunda isə 22,0 faizi qadınların payına düşür.
Qadın sahibkarların 28,4 faizi Bakıda, 10,0 faizi Lənkəran-Astara, 9,6 faizi isə Qazax-Tovuz iqtisadi rayonlarında qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsünə əsasən, Qazax-Tovuz (28,5%), Naxçıvan Muxtar Respublikası (27,6%), Gəncə-Daşkəsən (26,1%) və Bakı (25,4%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstərici olan 23,5 faizdən yüksək olub.
Son illərdə qadınların sahibkarlıq fəaliyyətində iştirakı artsa da, ümumi statistik göstəricilərdə gender fərqi hələ də qalır.
Gülnar Nazimqızı