Kiberəməliyyatla bağlı 112 saxta domen nəzarətə götürülüb

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən “Telegram” üzərindən həyata keçirilən kiberhücumlarla bağlı 112 saxta domen və 18 IP ünvanı MRLab tərəfindən nəzarətə götürülüb.Bu barədə Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.
Aytac