2025-ci ilin birinci yarısında PAŞA Bankın kapitalı 932 milyon manata çatıb

2025-ci ilin birinci yarısında PAŞA Bankın ümumi kapitalı 932 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çoxdur. Bu barədə Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov deyib.
"2023-cü ilin sonunda kapital 813 milyon manat, 2024-cü ilin ortasında 829 milyon manat, ilin sonunda isə 873 milyon manat olub. 2025-ci ilin iyununda ümumi kapitalın adekvatlıq əmsalı 22,86 faiz, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 21,15 faiz səviyyəsində qeydə alınıb",- o o bildirib.
Aytac