Heydər Əliyev adına Neft Emalı Zavoduna vergi güzəştləri tətbiq ediləcək — DVX rəsmisi
Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ) yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək. Bu barədə Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov məlumat verib.
İmanov bildirib ki, zavodun modernləşdirilməsi və texnoloji yenilənməsi layihələri çərçivəsində idxal olunan avadanlıqlar və texnoloji qurğular əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
“Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən modernləşmə layihəsi üçün idxal edilən texnoloji avadanlıqlar və qurğular üzrə ƏDV güzəştləri nəzərdə tutulur,” – o qeyd edib.
Rəsmi açıqlamaya görə, bu güzəştlər kapital xərclərinin azalmasına və layihənin maliyyə dayanıqlığının təmin olunmasına xidmət edəcək.
Qanun layihəsinə əsasən, güzəştlər üç il müddətinə qüvvədə olacaq və yalnız zavodun modernləşdirmə və təkmilləşdirmə layihələrinə yönəlmiş idxal əməliyyatlarını əhatə edəcək.
N.Təbrizli
Son xəbərlər