EIA Azərbaycanda neft hasilatı üzrə 2025–2026-cı illər proqnozlarını dəyişməyib
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı 2025 və 2026-cı illər üçün proqnozlarını sabit saxlayıb.
EIA-nın aylıq icmalına əsasən, cari ildə (2025) Azərbaycanda neft və kondensat daxil olmaqla gündəlik hasilat 570 min barel səviyyəsində olacaq. Bu, oktyabr proqnozu ilə eynidir.
Hesabata görə, faktiki hasilatın I və II rüblərdə 570 min, III və IV rüblərdə isə hər biri üzrə 560 min barel təşkil edəcəyi gözlənilir.
2026-cı il üçün EIA-nın proqnozuna əsasən, Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 540 min barel olacaq.
Rüblər üzrə bu göstərici müvafiq olaraq I rübdə 550 min, II rübdə 540 min, III və IV rüblərdə isə hər biri üzrə 530 min barel səviyyəsində proqnozlaşdırılıb.
Qeyd edilib ki, 2024-cü ildə ölkədə gündəlik hasilat 600 min barel olub. Bunun 600 mini birinci və dördüncü rüblərə, 590 mini isə ikinci və üçüncü rüblərə təsadüf edib.
N.Təbrizli