DÇ-2026: Azərbaycan millisi bu gün İslandiya ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Ayxan Abbasovun başçılıq etdiyi komanda Bakıda İslandiya yığmasını qəbul edəcək. Oyun 8-ci km stadionunda saat 21:00-da başlayacaq və qarşılaşmanı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
Qrupun digər görüşündə Fransa Ukraynanı qəbul edəcək. Bu oyun 23:45-də start götürəcək.
Dörd turdan sonra Fransa 10 xalla D qrupuna liderlik edir, Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın isə 1 xalı var.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















