On ayda regionlardakı sahibkarlara 290 milyon manat kredit ayrılıb - Nazir müavini
2025-ci ilin yanvar-oktyabr aylarında regionalarda fəaliyyət göstərən sahibkarlara 290 milyon manat kredit ayrılıb, bunun 66 faizi (193 milyon manat) Bakı və Abşeron istisna olmaqla digər regionlara yönəldilib. Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, eyni dövrdə regionalarda layihələr üçün 655 milyon manat sərmayə qoyulub, bu dəstəyin 89 faizi mikro sahibkarlara çatdırılıb.
Bundan əlavə, Bakı və Abşeron istisna olmaqla digər bölgələrdə olan sənaye zonalarına 80 milyon manat investisiya qoyulub.
Nazir müavini Elnur Əliyev bildirib ki, regionalarda sahibkarlığın təşviqi üçün vergi mexanizmləri və digər dəstək mexanizmləri mövcuddur və bu tədbirlər iqtisadi fəallığın artırılmasına xidmət edir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox