Nazir müavini fiziki şəxslərin sosial sığorta yükü ilə bağlı təklifləri şərh edib
Azərbaycanda 140 mindən çox fərdi sahibkarın sosial sığorta yükü ilə bağlı təklif edilən dəyişikliklər onların maliyyə öhdəliklərini yüngülləşdirməyə yönəlib. Bunu Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.
Əliyevin sözlərinə görə, fərdi sahibkarların dövriyyəsinin 2%-nin sosial sığorta ödənişlərinə yönəldilməsi mövcud yükün azalmasına səbəb olacaq.
O qeyd edib ki, sahibkarların 75–80%-nin illik dövriyyəsi 45–50 min manat təşkil edir.
Nazir müavini hesablayıb ki, təklif edilən mexanizm qüvvəyə minərsə, sosial ödəniş məbləği ayda təxminən 70–75 manat olacaq. Onun sözlərinə görə, güzəşt tətbiq edilməsəydi, bu rəqəm 200 manata çata bilərdi.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox