Azərbaycanın Gürcüstan üzərindən Türkiyəyə tranzit etdiyi elektrik enerjisi azalıb
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 594,14 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub.
Bu barədə Gürcüstan Dövlət Elektrosistemi SC-nin hesabatında bildirilib.
İllik müqayisədə elektrik enerjisinin həcmində 58% azalma qeydə alınıb.
Hesabat dövründə Gürcüstan üzərindən Ermənistandan və Rusiyadan Türkiyəyə kiçik həcmdə elektrik enerjisi tranziti də həyata keçirilib.
Qonşu ölkə vasitəsilə tranzit olunmuş elektrik enerjisinin ümumi həcmi 827,38 milyon kilovatt/saat təşkil edib. Bu həcmin 72%-i Azərbaycandan Türkiyəyə tranzitin payına düşüb.
Son xəbərlər
Daha çox