• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək

Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək
29.05.2020 12:18
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 27 milyard manata bərabər götürülür.Dünən dövlət başçısı 2014-cü ildə ARDNF-nin vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətlərinə (proqramı) dair fərman imzalayıb.Trend-in məlumatına görə, bu il üçün proqnoz 25,2 milyard manat, 2012-ci il üçün 23 milyard manat, 2011-ci il üçün 19,4 milyard manat səviyyəsində formalaşmışdı.Sənəddə deyilir: "2014-cü ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir".Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri bunlardır:- Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;- Dövlət büdcəsinə transfert;- Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;- Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;- 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;- Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi;- Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsindəAzərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;- Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;- TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
İqtisadiyyat 15:07
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
İqtisadiyyat 13:03
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq
İqtisadiyyat 10:55
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq

Bakı Limanında konteyner daşımaları 30% artıb
İqtisadiyyat 10:02
Bakı Limanında konteyner daşımaları 30% artıb

Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
İqtisadiyyat 09:57
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
"Brent" bahalaşıb
İqtisadiyyat 09:32
"Brent" bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
İqtisadiyyat 16:48
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
İqtisadiyyat 15:35
Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol