• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
09.12.2025 13:21

 

İnnovasiya lideri Bakcell danışıq dəqiqələri, internet, SMS paketləri, rouminq və digər üstünlüklərlə bol yeni “GO” tariflərini təqdim edir. 0.99 AZN-dən başlayan “Go” tariflərindən birinə qoşulmaqla abunəçilər, həmçinin “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə internet bonusları əldə edəcəklər. 

Məsələn, “GO 11.99” tarifi çərçivəsində “Bakcell” abunəçiləri 5 GB internet, 300 ölkə daxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və “WhatsApp”da limitsiz yazışmaq imkanı qazanacaqlar. Sözügedən tarifə qoşulmaq üçün sadəcə *905#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki, cari tariflərdən yeni “GO” tariflərinə keçid tamamilə ödənişsizdir.

“GO” tarifləri barədə ətraflı məlumatı rəsmi sayt, həmçinin Bakcell mobil tətbiqindən əldə edə bilərsiniz.  

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol