Azərbaycan tütün ixracından qazancını təxminən 12 % artırıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 118,852 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.
Hesabat dövründə Azərbaycandan 58,581 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 11,9 % çoxdur.
Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,56 %-ni, ixrac Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.
Son nəticədə xarici ticarətdə 2 milyard 213 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.
Son xəbərlər
Daha çox