Cari ildə SOCAR Azərbaycanda 80-dən çox yeni quyu qazmağı planlaşdırır
2026-cı ildə Azərbaycanda 80-dən çox yeni neft və qaz quyusunun qazılması planlaşdırılır. Bu barədə SOCAR Upstream Operations Management-in qazma üzrə meneceri Fərid Umudlu bildirib.
"SOCAR hər il geoloji-kəşfiyyat proqramı həyata keçirir və əsasən Xəzər dənizinin şelf zonasında olmaqla 2–3 yeni obyekt aşkar edir. Xəzər regionunda, Azərbaycanda biz təxminən 30 quru və dəniz aktivini idarə edirik. Təkcə bu il 80 yeni quyu qazmağı və 500-dən çox geoloji-texniki tədbir — o cümlədən əsaslı quyu təmiri işləri aparmağı planlaşdırırıq",- o fevralın 4- də Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans zamanı söyləyib.
Aytac Zeynalova