Yanvarda dövlət büdcəsinə 2,05 milyard manat vergi daxil olub
2026-cı ilin yanvarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manat vəsait daxil olub. Bu barədə qurumdan bildirilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% az, proqnozdan 2,5% çoxdur.
Yanvarda daxil olan vergi ödənişlərinin 1 milyard 467,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da: ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artım, proqnozdan 2,95% çoxdur.
2026-cı il üçün Dövlət Vergi Xidmətinin büdcəyə 16,91 milyard manat vəsait köçürməsi nəzərdə tutulub.
Aytac
Son xəbərlər
Daha çox