• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunları yazanlar və tətbiq edənlər bir platformadadır – PAŞA Holding rəhbəri

Qanunları yazanlar və tətbiq edənlər bir platformadadır – PAŞA Holding rəhbəri
05.02.2026 10:51

 Qanunları yazanlar və onları tətbiq edən qurumların eyni platformada toplanması hüquqi və institusional baryerlərin aradan qaldırılması üçün nadir fürsətdir, PAŞA Holding-in rəhbəri Cəlal Qasımov deyib.

Qasımov bu fikirləri Bakıda keçirilən LEGIS hüquq forumunda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, hüquq hələ də çox zaman inkişafın qarşısını alan mexanizm kimi qəbul edilir, lakin bu yanaşma yanlışdır. “Yalnız pis hüquq məhdudiyyət yaradır. Yaxşı hüquq isə inkişaf üçün təbii mühit formalaşdırır”, – deyə o bildirib.

Qasımov qeyd edib ki, dövlət qurumları, biznes və ekspertlərin bir araya gəlməsi yalnız panel müzakirələri ilə məhdudlaşmamalı, rəsmi və qeyri-rəsmi dialoqa imkan yaratmalıdır. Bu, tərəflərin bir-birinin problemlərini daha dərindən anlamasına və birgə həll yolları tapmasına şərait yaradır.

PAŞA Holding rəhbəri ötən il forumda səsləndirilən “sözlərdən addımlara keçid” çağırışı çərçivəsində LEGIS jurnalının ilk buraxılışının təqdim edildiyini xatırladıb. Onun sözlərinə görə, jurnal il ərzində dövlət və biznes arasında aparılan müzakirələr zamanı formalaşan ideya və təklifləri sənədləşdirərək davamlı platformaya çevirir.

Qasımov sürətlə dəyişən texnoloji mühitdə qanunvericiliyin biznesdən geri qalmamasının vacibliyini vurğulayıb. O bildirib ki, texnologiyalar artıq biznes həyatına sürətlə daxil olur, halbuki qanunların hazırlanması və tətbiqi vaxt aparır.

“Həyat gözləmir. Boz zonalarda irəliləmək üçün əsas şərt qarşılıqlı etimaddır. Biznes qanunun yalnız icraçısı deyil, onun hazırlanmasında da iştirak etməlidir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, xüsusilə süni intellekt, rəqəmsal texnologiyalar və məlumatların istifadəsi kimi sahələrdə biznesin qanunvericilik prosesinə cəlb olunması riskləri azaldır və innovasiyanı təşviq edir.

Çıxışının sonunda Qasımov LEGIS platformasının əsas dəyərlərini dialoq, etimad və birgə məsuliyyət kimi xarakterizə edib və iştirakçılara təşəkkürünü bildirib.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol